ABŞ
Qəzaya uğrayan təyyarədə kimlər olub?
Kaliforniyada qəzaya uğrayan “B-52 Stratofortress” strateji bombardmançı təyyarəsinin göyərtəsində hərbi, dövlət və podratçılardan ibarət qarışıq heyət olub.
Publika.az xəbər verir ki, bu barədə Edvards Hərbi Hava Qüvvələri Bazasının komandir müavini polkovnik Ceyms Heys mətbuat konfransında bildirib.
"Bu, hərbi qulluqçulardan, mülki dövlət işçilərindən və dövlət podratçılarından ibarət qarışıq heyət idi. Ailələrinə ölüm xəbəri verilməyənə qədər onların kimliyini açıqlamayacağam", - deyə o bildirib.
Hayes əlavə edib ki, Edvards Hərbi Hava Qüvvələri Bazası komandanlığı hazırda hadisənin mümkün səbəbi barədə heç bir məlumata malik deyil və qəzanın səbəbinin müəyyən edilməsi təxminən altı ay çəkə bilər.
“Boeing” şirkətinin verdiyi məlumata görə, təyyarədə iki əməkdaşı olub.
"Dərin kədərlə bildiririk ki, təyyarədə olanlar arasında “Boeing”in iki əməkdaşı da var. Biz onların ailələri ilə əlaqə saxlayırıq və onlara dəstəyimizi təklif edirik", - deyə açıqlamada bildirilir.
Aviabazanın əvvəllər açıqladığı məlumata görə, təyyarənin göyərtəsində səkkiz nəfər olub. Təyyarə sınaq uçuşu zamanı qəzaya uğrayıb.
Müəllif: Tural
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi





































