ABŞ
Trampdan Netanyahuya çağırış: Daha məsuliyyətli ol!
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə münasibətlərinin çox yaxşı olduğunu desə də, onun daha məsuliyyətli davranmalı olduğunu bildirib.
Publika.az xəbər verir ki, Tramp bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü zamanı danışıb.
Jurnalistlərdən biri ABŞ liderinə mediada onun Netanyahu ilə Livan və İran məsələlərinə görə gərgin söhbətlər apardığı barədə məlumatları xatırladaraq, İsrailin baş nazirindən məyus olub-olmadığını soruşub.
Tramp isə bu iddiaları rədd edib.
“Xeyr. Münasibətlərimiz əladır. ABŞ olmasaydı, İsrail də olmazdı. Mən də olmasaydım İsrail olmazdı. Çünki başqa heç bir prezident mənim etdiklərimi etməyə hazır deyildi. Həmişə Bibi ilə çox yaxşı münasibətlərim olub. Amma o, indi Livan məsələsində daha məsuliyyətli olmalıdır”, - deyə ABŞ prezidenti vurğulayıb.
Müəllif: Adəm
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi





































