ABŞ
İran ABŞ-dan təzminatı əvəzinə nə alacaq? - YENİ DETALLAR
Vaşinqton və Tehran arasında əldə olunan çərçivə sazişi İran iqtisadiyyatına kapital cəlb etmək üçün 300 milyard dollar həcmində özəl investisiya fondunun yaradılmasını nəzərdə tutur.
Publika.az xəbər verir ki, bu barədə sazişin şərtləri ilə tanış olan mənbəyə istinadla "Reuters" agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ, Fars körfəzi ölkələri, Asiya, Cənubi Amerika və Afrikadan olan investorlar artıq göstərilən məbləğin yarısından çoxunu fonda köçürməyə hazır olduqlarını təsdiqləyiblər.
Agentliyin həmsöhbəti qeyd edib ki, fondun vəsaitləri İranın enerji, logistika, istehsal və nəqliyyat sektorlarına, o cümlədən "Mobareke" polad kompleksi, neft emalı zavodları, hava limanları və digər infrastruktur obyektlərinin bərpasına yönəldiləcək. Fondun yaradılması yalnız ABŞ və İran arasında tərəflərin növbəti 60 gün ərzində atacağı addımları strukturlaşdırılmış şəkildə əks etdirəcək yekun saziş imzalandıqdan sonra nəzərdə tutulur. Vurğulanıb ki, fond sanksiyaların ləğvi və İranın xaricdəki aktivlərinin blokdan çıxarılması kimi sülh prosesinin digər elementlərindən asılı olmayaraq fəaliyyət göstərəcək.
"Reuters"in mənbəsi izah edib ki, fondun yaradılması ideyası Tehranın Vaşinqtondan 400 milyard dollar təzminat tələb etməsi və rədd cavabı almasından sonra alternativ variant kimi ortaya çıxıb. Agentlik xatırladıb ki, dünyada qaz ehtiyatlarına görə ikinci, neft ehtiyatlarına görə isə dördüncü yerdə olan İran son 40 il ərzində sanksiyalar səbəbindən demək olar ki, xarici investisiya almayıb.
Hüseyn İbadlı
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı






























.jpg)


