ABŞ
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını aldı
Federal Təhqiqatlar Bürosu (FTB) və digər hüquq-mühafizə orqanlarının əməkdaşları həftəsonu Ağ Evin ərazisində keçirilən “UFC America 250” qarışıq döyüş sənətləri turniri zamanı planlaşdırılan hücumların qarşısını alıblar.
Publika.az xəbər verir ki, bu barədə FTB-nin direktoru Keş Patel məlumat verib.
“FTB və hüquq-mühafizə orqanlarının əməkdaşları iyunun 10-da Vaşinqtonda keçiriləcək “UFC America 250” tədbirinə potensial təhlükə ilə bağlı məlumat əldə ediblər. FTB, tərəfdaş qurumlar və Ədliyyə Nazirliyinin operativ tədbirləri nəticəsində bir neçə nəfər saxlanılıb, çoxştatlı əməliyyat zamanı isə planlaşdırılan hücumların qarşısı alınıb”, – deyə Patel bildirib.
Məlumata görə, əməliyyat çərçivəsində Ohio, Missuri və Kaliforniya ştatlarında beş nəfər saxlanılıb.
Öz növbəsində, “ABC News” xəbər verib ki, şübhəli şəxslər turnirin keçirildiyi Ağ Evin yaxınlığında yerləşən binalara pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumlar təşkil etməyi planlaşdırıblar.
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı






























.jpg)


