ABŞ
Vens Ukraynanın sursat ehtiyatlarından danışdı - “Mən ona dürüstcə dedim ki...”
ABŞ-ın vitse-prezidenti Cey Di Vens yeni kitabında etiraf edib ki, ABŞ hətta bütün döyüş sursatı ehtiyatlarını Kiyevə versə belə, bu, yenə də kifayət etməyəcək.
Publika.az kraina.ru-ya istinadla xəbər verir ki, siyasətçi bu fikirləri öz kitabında bölüşüb.
Vens “Təşəkkür: İnanca qayıtmaq yolunun axtarışı” adlı kitabının bir fəslində hələ senator olduğu dövrdə 2024-cü ildə Münhen konfransına səfərindən bəhs edir. Tədbir zamanı Vens Ukraynaya yeni yardım paketlərinə qarşı çıxış edib və “ukraynalı parlament liderlərindən biri” ilə müzakirəyə girib.
“Mən ondan ölkəsinə nə qədər artilleriya mərmisi və raket əleyhinə vasitə lazım olduğunu soruşdum. O, cavab verəndə mən ona dürüstcə dedim ki, hətta əlimizdə olan hər şeyi ona versək belə, bu, yenə də kifayət etməyəcəkdi”, - deyə vitse-prezident yazır.
Daha əvvəl Vens bildirmişdi ki, Ukraynadakı münaqişənin ən qısa zamanda həll olunması bütün tərəflərin maraqlarına cavab verir.
Hüseyn İbadlı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi





































