ABŞ
Ana oğlunun əməllərini ifşa edərək dəhşətli terrorun qarşısını aldı
Ağ Evdə keçiriləcək UFC turnirinə hücum etməyi planlaşdıran sui-qəsdçilərdən birinin anası oğlunu polisə şikayət edib.
Publika.az ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi iddia ərizəsinə istinadla xəbər verir ki, bu addım cinayətin qarşısının alınmasında həlledici rol oynayıb.
Sənəddə qeyd olunub ki, iyunun 10-da Noks dairəsinin şerif ofisi və Denvill polisinə sakitliyin pozulması ilə bağlı zəng daxil olub. Özünü Properin anası kimi təqdim edən qadın oğlunun son vaxtlar odlu silah alması və internetdə şübhəli şəxslərlə ünsiyyətdə olması səbəbindən narahatlığını dilə gətirib.
Hadisə yerinə gələn polislər saxlanılan şəxsin valideynləri ilə söhbət ediblər. Onlar oğullarının onlayn həmsöhbətləri ilə kəşfiyyat missiyaları, Ağ Evdəki turnir ərəfəsində görüşlər planlaşdırdığını, həmçinin silah, sursat və zirehli jilet kimi xüsusi təchizatlar aldığını bildiriblər. Daha sonra hüquq-mühafizə orqanları gənci yerli xəstəxanaya çatdırıblar.
İyunun 16-da məlum olub ki, Federal Təhqiqatlar Bürosu (FTB) Ağ Evdəki UFC turnirinə partlayıcı maddələrlə təchiz edilmiş dronlarla hücumun qarşısını alıb. İş üzrə 5 nəfər saxlanılıb, 23 nəfər isə şərik kimi müəyyən edilib. Saxlanılanlar arasında 19 yaşlı Titsen Proper də olub.
İddia olunur ki, şübhəlilər Ağ Ev yaxınlığındakı binalara partlayıcı yüklü PUA-larla hücum edərək kütləvi təxliyəyə səbəb olmağı planlaşdırıblar. Cinayətkarların planına görə, insanların qaçdığı vaxt snayperlər onlara atəş açmalı idi.
Tədbir ABŞ-ın 250 illik yubileyi və MMA-nın uzun müddətli pərəstişkarı, UFC rəhbəri Dana Uaytın dostu olan Prezident Donald Trampın 80 illik yubileyi ilə bağlı təşkil olunmuşdu.
Hüseyn İbadlı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi





































