ABŞ
Beynində qurd olan siyasətçi uşaqlar olan hovuza ilan atıb - Bacısından ŞOK ETİRAF
ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər naziri Robert Kennedinin bacısı qardaşının vaxtilə ilan tutaraq uşaqların çimdiyi hovuza atdığı barədə maraqlı bir xatirə danışıb.
Publika.az “HuffPost”a istinadla xəbər verir ki, Kerri Kennedi qardaşının heyvanlara olan sevgisinin bəzən təhlükəli nəticələrə gətirib çıxardığını bildirib.
Kerri qeyd edib ki, 2012-ci ildə beynində parazit qurdu aşkarlanan 72 yaşlı qardaşı hər zaman heyvanlara böyük maraq göstərib. O, qızının dördüncü ad günü məclisində baş verən hadisəni belə xatırlayır: Kerri bağda ilan tapdıqdan sonra Robertə zəng edib. Robert dərhal bir əlində körpə oğlu Eydan, digərində isə yastıq üzü ilə hadisə yerinə gəlib.
Gələcək nazir ilanı tutub torbaya qoyub. Daha sonra o, torbaya bir çöl siçanı da atıb. Uşaqlar ilanın siçanı yeməsindən qorxduqları üçün Robert əlini yenidən torbaya salıb və nəticədə ilan onu bir neçə dəfə dişləyib. Hadisədən sonra qonaqlar siyasətçinin evinə gediblər. Kerri bildirib ki, hovuzun içi uşaqlarla dolu olduğu bir vaxtda Robert onu dişləmiş ilanı torbadan çıxarıb və birbaşa uşaqların olduğu hovuza atıb.
Hüseyn İbadlı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi


























.jpg)








