ABŞ
FTB 5 nəfəri həbs etdi: Ağ Evdəki turnir zamanı terror törətmək istəyiblər
FTB 14 iyunda Ağ Evin Cənub Çəmənliyində keçirilən “UFC Freedom 250” turnirində terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfəri həbs edib.
Publika.az “NBC NewsA istinadla xəbər verir ki, hücum edənlər partlayıcı maddələrlə dolu dron və odlu silahlardan istifadə etməyi planlaşdırıblar.
Məhkəmə sənədlərinə görə, sui-qəsdçilər tədbir zamanı partlayıcı maddələrlə silahlanmış dronlardan istifadə etməyi və qaçan izdihama atəş açmağı müzakirə ediblər. Hüquq-mühafizə orqanları hücumun planlaşdırılmasında şübhəli bilinən 19 nəfərlə əlaqəli odlu silah, sursat və şifrəli mesajlar müsadirə ediblər. Qrup ərazinin xəritələri və fotoşəkillərini mübadilə edib və hücumdan sonra mümkün qaçış yollarını müzakirə ediblər.
Həbs olunanlar arasında minlərlə patron, hücum tüfəngi və bullpap tüfəngi daşıdığı aşkarlanan Ohayo ştatından olan 19 yaşlı Taysen Proper də var. Anası oğlunun narahatedici davranışlarına, o cümlədən Adolf Hitlerə rəğbətinə və sosial mediada antisemit paylaşımlarına görə polisə müraciət edib.
Həmçinin qarajı sığınacağa çevirən və anbarın döşəməsinin altında bunker tikən Daniel Eskric (Missuri) və ABŞ prezidenti, vitse-prezident, İsrail baş naziri və Elon Mask da daxil olmaqla hədəflərin siyahısını tərtib etməkdə ittiham olunan Abraham Hermosillo Alvares də həbs olunub.
Şənbə günü Kaliforniyadan olan iki şəxs - Brayan Omar Roa və Maykl Alan Tomas həbs edilib. Roanın ailəsi onun geniş silah təlimi və davranışındakı kəskin dəyişikliyi əsas gətirərək zorakılıq törətmək niyyətində olduğunu iddia edib.
Müəllif: Tural
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı































.jpg)


