ABŞ
İranla gizli razılaşma? - ABŞ Konqresi Trampdan izahat istədi
ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr, kəşfiyyat və silahlı qüvvələr komitələrinin yüksək vəzifəli üzvləri Qreq Miks, Cim Hayms və Adam Smit İranla imzalanmış anlaşma memorandumu ilə bağlı Dövlət Departamentindən daha ətraflı məlumat istəyiblər.
Publika.az xəbər verir ki, konqresmenlər Dövlət katibi Marko Rubioya ünvanladıqları məktubda memorandumun tam mətninin, ona aid əlavə razılaşmaların və gələcək danışıqlar strategiyasının açıqlanmasını tələb ediblər.
Onlar həmçinin İranın ballistik proqramına və Yaxın Şərqdə dəstəklədiyi qüvvələrə hər hansı məhdudiyyət qoyulub-qoyulmadığına aydınlıq gətirilməsini istəyiblər.
Məktubda ABŞ administrasiyasının dondurulmuş İran aktivləri və sanksiyaların yumşaldılması ilə bağlı hansı öhdəliklər götürdüyünün də izah olunması tələb edilib.
Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott isə bildirib ki, administrasiya Konqresi mütəmadi məlumatlandırır və proses barədə şəffaf məlumat təqdim edir.
Eyni zamanda, Senatda bəzi demokratlar da memorandumu tənqid ediblər. Senatdakı azlıq lideri Çak Şumer Donald Trampın danışıqları uğursuz apardığını bildirib. Senatorlar Mark Uorner və Riçard Blumental isə sənədi Vaşinqton üçün uğur hesab etmədiklərini açıqlayıblar.
Müəllif: Adəm
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı































.jpg)


