ABŞ
ABŞ qoşunlarını Avropadan çıxarır - Rutte təsdiqlədi
Avropada amerikalı hərbçilərin sayının azaldılmasına dərhal başlanılacaq.
Publika.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
Onun sözlərinə görə, Vaşinqton həm NATO, həm də ABŞ tərəfindən bu qərar barədə əvvəlcədən məlumatlandırılıb.
Rutte qeyd edib ki, ABŞ ordusunun müxtəlif regionlarda bir neçə hərbi əməliyyatda iştirak etməsi səbəbindən resursların bölüşdürülməsi zəruridir.
“Bu proses dərhal başlayacaq”, - deyə o vurğulayıb.
Eyni zamanda NATO baş katibi ABŞ-ın müttəfiqləri müdafiəsiz qoymayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, alyansın 5-ci maddəsi işə düşərsə, Donald Tramp administrasiyası Avropanın müdafiəsi üçün maksimum səylə hərəkət edəcək.
Məlumata görə, ABŞ hərbçiləri Polşanın Jeşuv şəhərində yerləşən Yasenka hərbi bazasını tərk etməyə başlayıb, həmçinin oradan hərbi texnikanın da çıxarılması həyata keçirilir.
Bu qərarı Polşa prezidenti Andjey Duda da təsdiqləyib. O bildirib ki, ABŞ qüvvələrinin Jeşuv aeroportu və Ukrayna sərhədinə yaxın ərazidən köçürülməsi NATO ilə əvvəlcədən razılaşdırılıb.
Müəllif: Adəm
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi


























.jpg)








