ABŞ
Hanter Baydenə yeni iş verildi: Keçmişindən gələn təcrübə
ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden Los-Ancelesdə fəaliyyət göstərən reabilitasiya mərkəzində işə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Newsmax" məlumat yayıb.
Hanter Bayden reabilitasiya mərkəzində narkoloji məsləhətçi, eyni zamanda klinikanın asılılıqdan əziyyət çəkən insanlara dəstək məqsədilə yaradılmış xeyriyyə fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.
Bildirilib ki, 2026-cı ilin iyununda ayıqlığının yeddi ilini qeyd edən Bayden şəxsi təcrübəsi və asılılıqla mübarizə keçmişi sayəsində daha çox insanın terapiya və reabilitasiya xidmətlərinə çıxış əldə etməsinə kömək edəcək. Fond xüsusilə uzunmüddətli dəstək almaq üçün maddi imkanı olmayan şəxslərə yardım göstərir.
Son illər ictimaiyyət qarşısında daha çox görünən Hanter Baydenin maliyyə vəziyyətinin isə hələ də mürəkkəb olduğu qeyd edilir. O, 2025-ci ilin noyabrında federal silah və vergi işləri üzrə məhkəmə xərclərinə görə 17 milyon dollar borcunun yarandığını açıqlamışdı.
Xatırladaq ki, Hanter Bayden daha əvvəl özünü “deqradasiyaya uğramış krek narkomanı” adlandırmış, lakin 2019-cu ildən bəri narkotik istifadə etmədiyini bildirmişdi. Ona qarşı vergidən yayınma və qanunsuz silah saxlama ittihamları irəli sürülsə də, atası prezident postunu tərk etməzdən əvvəl onu əfv etmişdi.
Adəm
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi


























.jpg)








