ABŞ
ABŞ dəniz blokadasını ləğv etdi
ABŞ Prezidenti Donald Trampın sərəncamı ilə Amerika hərbçiləri İranın limanlarına və sahil ərazilərinə tətbiq etdikləri dəniz blokadasını aradan qaldırıblar.
Publika.az Pentaqonun Mərkəzi Komandanlığının “X” sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verir ki, bu addım beynəlxalq gəmiçilik üçün yeni imkanlar yaradır.
Komandanlığın yaydığı məlumatda qeyd olunur ki, ABŞ qüvvələri prezidentin göstərişinə uyğun olaraq, İranın limanlarına daxil olan və oradan çıxan bütün dəniz trafikinə tətbiq edilən blokadanı ləğv edib.
Amerikalı hərbçilər İran limanlarına istiqamətlənən və ya oradan çıxan gəmilərin keçidinə artıq heç bir maneə yaratmadıqlarını vurğulayıblar. Qurumdan qeyd edilib ki, ABŞ tərəfindən hərbi blokadanın saxlanılması ilə bağlı bütün fəaliyyətlər tamamilə dayandırılıb.
Bununla yanaşı, idarə ABŞ gəmilərinin blokada ləğv edildikdən sonra da regionda qalacağını açıqlayıb. Bu qərar Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmanın şərtlərinə riayət edilməsinə nəzarət məqsədi daşıyır.
İyunun 18-nə keçən gecə Vaşinqton və Tehran fevralın sonunda başlayan hərbi əməliyyatlara son qoymağa hesablanmış razılaşmaları təsdiqləyiblər. Memorandumun müddəalarına əsasən, dövlətlər sərhədlərin toxunulmazlığı və suverenlik normalarına riayət etməyi, həmçinin bir-birinin daxili işlərinə qarışmamağı öhdələrinə götürüblər.
Hüseyn İbadlı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi


























.jpg)








