ABŞ
Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
ABŞ neft ixracı ilə bağlı məhdudiyyətlər istisna olmaqla, İrana qarşı tətbiq etdiyi sanksiyaları qüvvədə saxlayır.
Publika.az ABŞ vitse-prezidenti Cey Di Vensin Ağ Evin “YouTube” kanalındakı çıxışına istinadla xəbər verir ki, neft sahəsindəki məhdudiyyətlərin ləğvi artıq effektivliyini itirib.
“Daha əvvəl qeyd etdiyim neft sanksiyaları istisna olmaqla, digər sanksiyalar qüvvədə qalır. Həmin məhdudiyyətlər artıq effektivliyini itirib. Bu sanksiyaların məqsədi İranın bir barel neft üçün aldığı qiyməti aşağı salmaq idi”, – deyə siyasətçi izah edib.
Vens vurğulayıb ki, Vaşinqton digər məhdudiyyətləri ləğv etməyi planlaşdırmır. O, Tehran sövdələşmə çərçivəsindəki öhdəliklərini yerinə yetirməyənə qədər İranın xaricdə dondurulmuş aktivlərindən bir dollar belə olsun geri qaytarılmayacağını bəyan edib.
Vitse-prezidentin sözlərinə görə, dondurulmuş vəsaitlərin dəqiq məbləğini bilmir, lakin onların ümumi həcmi 200 milyard dollardan çox ola bilər. O qeyd edib ki, bu vəsaitlərin böyük hissəsi ABŞ-dakı hesablarda deyil, Fars körfəzi ölkələrində, Avropada və ya digər yerlərdədir.
Daha əvvəl ABŞ və İran 60 günlük atəşkəsi, Hörmüz boğazından gəmiçiliyin bərpasını, Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadasının ləğvini və yeni danışıqlar raundunun başlamasını nəzərdə tutan müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Sənəd iyunun 17-də Ağ Evin rəhbəri Donald Tramp və İran prezidenti Məsud Pezeşkian tərəfindən imzalanıb. “Axios” nəşri qeyd edib ki, memorandum məsafədən tərtib edilib və elektron imzalanmadan sonra qüvvəyə minib.
Hüseyn İbadlı
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika22 İyul 14:27İlham Əliyev fərman imzaladı














.jpg)






















