ABŞ
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanıldı
ABŞ-də 20 ildən çox yaşamış sənədsiz meksikalı miqrant, Prezident Donald Trampın ad günündə planlaşdırılan Ağ Evə qarşı hücumun əsas təşkilatçısı olub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Daxili İşlər Nazirliyinin məlumatında deyilib.
Qeyd olunub ki, Federal Təhqiqat Bürosunun (FTB) agentləri Abraham Hermosillo Alvaresi 14 iyunda Nebraska ştatının Omaha şəhərində həbs ediblər. Müstəntiqlərin sözlərinə görə, o, sui-qəsdçilər arasında "Çoban" ləqəbi ilə tanınıb və təklif olunan hücumun planlaşdırılması, əlaqələndirilməsi və idarə olunmasından məsul olub.
İstintaqa görə, Alvares əlbirləri ilə yazışmalarda hərəkət planını ətraflı şəkildə izah edib və onları "maksimum ölümcül" hərəkət etməyə çağırıb.
FTB bildirib ki, Alvares 2001-ci ildə B-2 turist vizası ilə ABŞ-a daxil olub, lakin müddəti bitdikdən sonra ölkəni tərk etməyib. 2014-cü ildə Obama administrasiyası ona İmmiqrant Yetkinlik Yaşına Çatmayanlar Proqramı çərçivəsində qorunan status verib.
İş üzrə təqsirləndirilən şəxslərdən biri, iddia edilən hücumdan qısa müddət əvvəl bir neçə odlu silah və minlərlə patron almış 19 yaşlı Ohayo sakini Taysen Properdir. Oğullarının şübhəli davranışını görüb Vaşinqtona səyahət etməyi planlaşdırdıqdan sonra valideynləri mümkün təhlükə barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Təqsirli bilinərsə, şübhəlilər ömürlük həbs cəzası və 250.000 dollara qədər cərimə ilə üzləşə bilərlər.
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı































.jpg)


