ABŞ
Vensin səfərinin niyə təxirə salndığı bəlli oldu: Səbəb bu ölkədir
ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İsveçrəyə planlaşdırılan səfərinin təxirə salındığı barədə məlumat vermişdik. Artıq qərarın arxasında dayanan mümkün səbəblər məlum olub.
Publika.az xəbər verir ki, ABŞ administrasiyası Vensin ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etmək üçün nəzərdə tutulan səfərini təxirə salıb.
Məlumata görə, qərarın əsas səbəblərindən biri Tehranın Livandakı vəziyyətlə bağlı mövqeyi olub. Bu barədə jurnalist Barak Ravid ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bundan əvvəl Vensin nümayəndəsi vitse-prezidentin cümə axşamı axşam saatlarında İsveçrəyə yola düşməyəcəyini açıqlamışdı. Məlumata əsasən, İran tərəfi Livan məsələsi ilə bağlı müəyyən şərtlər irəli sürüb.
Xatırladaq ki, Tehran daha əvvəl bəyan etmişdi ki, İsrailin Livana qarşı mümkün yeni hücumu ABŞ ilə əldə olunacaq anlaşma memorandumunun şərtlərinin pozulması kimi qiymətləndiriləcək. İran regionda "Hizbullah" qruplaşmasını dəstəklədiyi üçün bu məsələ danışıqlar prosesini mürəkkəbləşdirib.
Vens isə memorandumun imzalanmasının, böyük ehtimalla həftəsonu baş tutacağını bildirib. Bununla belə, yekun qərarın əsasən İran tərəfinin mövqeyindən asılı olduğu vurğulanıb.
Müəllif: Adəm
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı































.jpg)


