ABŞ
İranla müharibənin ABŞ-a vurduğu zərər: Pentaqon əlavə 80 milyard istəyir
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlardan sonra yaranan xərcləri qarşılamaq üçün Pentaqona əlavə 80 milyard dollar tələb olunur.
Publika.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Stiven Faynberq qanunvericilərlə telefon danışıqları zamanı bildirib. Məlumatı “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yayıb.
Qəzetin həmsöhbətlərinin sözlərinə görə, hərbi rəsmilər xəbərdarlıq ediblər ki, Konqres yeni hərbi xərclər layihəsini qəbul etməsə, artıq bu yay Pentaqonun əməliyyatlar üçün vəsaiti tükənə bilər.
Eyni zamanda, konqresmenlər ABŞ Prezidenti Donald Tramp administrasiyasından İrana qarşı əməliyyatın ümumi dəyəri barədə tam hesabat təqdim edilməsini tələb edirlər. Qanunvericilər həmçinin narahatlıq ifadə ediblər ki, hərbi əməliyyatlar zamanı dünyanın digər bölgələrində yarana biləcək təhdidlər üçün lazım ola biləcək qiymətli sursat ehtiyatları sərf edilib.
ABŞ-ın İrana qarşı əməliyyatı fevralın 28-də başlayıb. Hələ may ayında Pentaqonun maliyyə nəzarəti üzrə səlahiyyətlərini icra edən Cey Hörst Senatın Silahlı Qüvvələr Komitəsinə bildirmişdi ki, döyüş əməliyyatlarına çəkilən xərclər artıq 29 milyard dollara yaxınlaşıb.
Qeyd olunub ki, bu vəsait avadanlıqların təmiri və yenilənməsi, eləcə də ümumi əməliyyat xərclərinə yönəldilib. Beləliklə, kampaniyanın ümumi dəyəri əvvəllər açıqlanan rəqəmlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb və əlavə maliyyələşmə tələbini gündəmə gətirib.
Müəllif: Adəm
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi


























.jpg)








