ABŞ
Tramp özünü Attila ilə müqayisə etdi
ABŞ prezidenti Donald Trampın ikinci prezidentliyinin sirləri haqqında yeni kitab nəşr olunub. Kitab Trampın ikinci prezidentlik dövrünün pərdəarxası məqamlarını və onun xarici liderlərlə bağlı sərt bəyanatlarını ətraflı şəkildə təsvir edir.
Publika.az xəbər verir ki, bu barədə CNN yazıb.
Kitabda iddia olunur ki, Tramp öz gücünü tarixdəki məşhur liderlərlə - Attila, Çingiz Xan, Napoleon, Stalin, Mao və Hitlerlə müqayisə edən sənədi müxbirlərə göstərib. Həmin sənədin müəllifinin tarixçi deyil, qolfçu olduğu da qeyd edilir.
Müəlliflərin yazdığına görə, Tramp müsahibələr zamanı Ağ Evdə qızıl bəzəklərlə bağlı dəyişikliklər aparılması, yaxın çevrəsinə qarşı sərt ifadələr işlətməsi və beynəlxalq siyasətdə, o cümlədən İran, İsrail və Ukrayna ilə bağlı qərar proseslərində emosional və kəskin mövqelər sərgiləməsi ilə diqqət çəkib.
Kitabda həmçinin onun bəzi yüksək vəzifəli rəsmilərə qarşı sərt tənqidlər səsləndirdiyi və onları zəifləməkdə günahlandırdığı iddia olunur.
Müəlliflər bildirirlər ki, əsər 1000-dən çox müsahibə və uzunmüddətli araşdırmalar əsasında hazırlanıb.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi























.jpg)









