ABŞ
Tramp Melonini çətin vəziyyətdə qoydu: Ona yazığım gəldiyi üçün razılaşdım
ABŞ prezidenti Donald Tramp yenidən diplomatik qalmaqalın mərkəzinə düşüb. Bu dəfə səbəb onun İtaliyanın Baş naziri Corcia Meloni barədə səsləndirdiyi fikirlər olub.
Publika.az xəbər verir ki, Tramp İtaliyanın La7 telekanalına müsahibəsində bildirib ki, Fransada keçirilən G7 sammiti çərçivəsində Meloni onunla birgə şəkil çəkdirmək üçün israr edib və o, “yalnız ona yazığı gəldiyi üçün” buna razılıq verib.
Trampın sözlərinə görə, o, ümumiyyətlə İtaliya hökumətinin başçısı ilə danışmağa borclu olmayıb, lakin Meloninin təkidli istəyi nəticəsində geri addım atıb.
Bu açıqlama Vaşinqton və Roma arasında son dövrlər müşahidə olunan münasibətlərin soyuması fonunda səslənib.
Qeyd edək ki, Tramp daha əvvəl də Melonini və digər Avropa liderlərini İran məsələsi və Hörmüz boğazındakı vəziyyətlə bağlı yetərli dəstək göstərməməkdə tənqid etmişdi.
Gərginliyin daha da artmasına səbəb isə Meloninin Trampın Roma Papası Leo XIV barədə səsləndirdiyi fikirlərə açıq etiraz etməsi olub. İtaliya hökumətinin başçısı ABŞ prezidentinin pontifik haqqında açıqlamalarını qəbuledilməz adlandırıb.
Adəm
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi























.jpg)









