ABŞ
Meloni ABŞ-a rədd cavabı verdi - Tramp
ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə dostluq münasibətlərini bərpa etmək niyyətində olmadığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, İtaliyanın Baş naziri Yaxın Şərqdəki münaqişədə iştirak etməyərək onun bitməsini gözləməyə çalışıb. Eyni zamanda Tramp iddia edir ki, Meloninin İtaliya vətəndaşları arasında bəyənilmə reytinqi ilə bağlı problemləri var.
"İtaliyanın Baş naziri Corcia Meloni Fransada keçirilən G7 sammiti zamanı təkrar-təkrar mənimlə şəkil çəkdirməyi xahiş edirdi. Onun İtaliyada populyarlıq göstəriciləri pisdir, bəlkə də ona görə ki, o, İranın nüvə silahı əldə etməsinin və ya hazırlamasının qarşısının alınması məsələsində ABŞ-yə rədd cavabı verdi. (Yeri gəlmişkən, eyni şeyi NATO da etdi)", - D.Tramp qeyd edib.
ABŞ lideri vurğulayıb ki, İtaliyanın Baş naziri həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə İtaliyanın uçuş-enmə zolaqlarından istifadə etməyə icazə verməyib, bu isə "ciddi logistik narahatlıqlar" yaradıb.
D.Tramp ABŞ-nin İtaliyanın və NATO üzrə digər müttəfiqlərin müdafiəsinə milyardlarla dollar xərcləməsindən gileylənib.
"İndi, Birləşmiş Ştatlar İrana hərbi məğlubiyyət yaşatdıqdan sonra, o, öz reytinqlərini artırmaq üçün yenidən dost olmaq istəyir. Xeyr, təşəkkür edirəm!", - o qeyd edib.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi























.jpg)









