ABŞ
Vens İrana ultimatum verdi
“Vaşinqton İrana qarşı iqtisadi təzyiqləri yumşaltmağa hazırdır, lakin bu, Tehranın Amerika tərəfinin bütün tələblərini tam yerinə yetirməsi şərti ilə mümkündür”.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
O, İranın iqtisadi sahədə ciddi təzyiq altında olduğunu və bu şərtlər yerinə yetiriləcəyi təqdirdə addımlar atacaqlarını qeyd edib. Vens vurğulayıb ki, İranın razılaşmaması halında ABŞ-ın itirəcəyi heç bir şey yoxdur.
Vitse-prezident İranın regiondakı hərbi əməliyyatlardan sonra “çox zəif bir mövqedə” olduğunu bildirib. Vens Vaşinqtonun Tehran tərəfindən real addımlar atılmadan sanksiya təzyiqini yumşaltmaq niyyətində olmadığını bir daha nümayiş etdirib.
Vitse-prezident onu da qeyd edib ki, Tehran sazişin şərtlərinə riayət etməzsə, ABŞ istənilən an sanksiyaları tam həcmdə geri qaytarmaq imkanını saxlayır. Bu bəyanat ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerin artıq İsveçrəyə çatdığı danışıqlar ərəfəsində səslənib.
Xatırladaq ki, bu həftə ABŞ və İran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Razılaşmaya əsasən, Hörmüz boğazı sərbəst gəmiçilik üçün açılmalı və Amerika dəniz blokadası ləğv edilməlidir. Lakin Vens vurğulayıb ki, sanksiyaların yumşaldılması birbaşa İranın öhdəliklərini necə yerinə yetirməsindən asılı olacaq.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında anlaşma memorandumunun distant imzalandığını təsdiqləmişdi. Lakin mediada yayılan məlumatlara görə, İsrail və “Hizbullah” arasında Livanda münaqişənin kəskinləşməsi səbəbindən İsveçrədə planlaşdırılan danışıqlar təxirə salınıb. İran rəsmiləri dialoqun başlanması üçün bütün cəbhələrdə tam atəşkəsi tələb edir, lakin Vaşinqtonun mövqeyi dəyişməz qalır: güzəştlər yalnız Tehranın bütün tələbləri yerinə yetirməsindən sonra mümkündür.
Hüseyn İbadlı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi























.jpg)









