ABŞ
Toydan sonra nağara: Tramp İranla bağlı qətnaməni dəstəkləyən senatorları qınadı
ABŞ prezidenti Donald Tramp müharibə səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qətnamənin vaxtında verilmədiyini və mənasız olduğunu, onu dəstəkləyən senatorların bununla Vaşinqtonun əleyhdarlarına kömək etdiyini bildirib.
Publika.az xəbər verir ki, Tramp çərşənbə günü “Truth Social”da yazıb:
"Bu senatorlar mənim işimi çətinləşdiriblər, amma mən bu və ya digər şəkildə bunun öhdəsindən gələcəyəm, çünki mən həmişə bunun öhdəsindən gəlirəm".
Amerika lideri vurğulayıb ki, Tehran artıq Vaşinqtona "onilliklər ərzində ilk dəfə olaraq ABŞ-a və onun prezidentinə hörmət göstərərək demək olar ki, hər şeyi" verməyə hazırdır. O əlavə edib ki, ABŞ qüvvələrindən İrana qarşı döyüş əməliyyatları aparmaq üçün istifadə etməyi dayandırmağa çağıran qətnamə üzrə səsvermə "vaxtında olmayan və mənasızdır".
Prezidentin sözlərinə görə, qətnaməyə səs verən senatorlar "düşmənə kömək və dəstək verirlər".
Müəllif: Tural
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi

















.jpg)







.jpg)








