ABŞ
ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı
ABŞ Maliyyə Nazirliyi yeddi Rusiya vətəndaşını, iki Rusiya gəmisini və iki Türkiyə şirkətini sanksiya siyahılarından çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Aşağıdakı şəxslər Xüsusi Təyin Edilmiş Vətəndaşlar və Qadağan Edilmiş Şəxslər (SDN) siyahısından çıxarılıb:
İvan Potanin (Norilsk Nikel Konserninin sədri, oliqarx Vladimir Potaninin oğlu);
German Belous (“Novikombank” ASC İdarə Heyətinin sədr müavini);
İrina Kremleva (“PJSC Bank FC Otkritie” şirkətinin direktorlar şurasının üzvü);
Mixail Klyukin (“Sovcombank”ın Müşahidə Şurasının üzvü);
Viktor Nikolaev ("Bank FC Otkritie" PJSC idarə heyətinin üzvü);
Nadejda Çerkasova ("Bank FC Otkritie" PJSC idarə heyətinin üzvü);
Maksim Smirnov (Rusiya Federasiyasının vətəndaşı).
Bundan əlavə, siyahıdan iki gəmi çıxarılıb: “Gennadi Yeqorov” və “Vyaçeslav Arşinov”. Hər ikisi Rusiyanın Dövlət Nəqliyyat Lizinq Şirkəti ilə əlaqəli çoxməqsədli quru yük gəmiləridir.
İki türk şirkəti də siyahıdan çıxarılıb: sanksiyalardan yayınmaqda və Rusiya müdafiə sənayesinə mal tədarük etməkdə ittiham olunan lift istehsalçısı “IDA Asansor” və “DEIN Danışmanlık Pazarlama ve Ticaret Anonim Şirketi” şirkətləri.
Maliyyə Nazirliyi bu qərarın səbəbini açıqlamayıb.
Müəllif: Tural
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi

















.jpg)







.jpg)








