ABŞ
Fransa Rusiyanın gizli neft marşrutunu vurdu: Tanker saxlanıldı
Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində, Siciliya sahilləri yaxınlığında Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən sanksiyalı neft tankerini saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron açıqlama verib.
Məlumata görə, “Deliver” adlı tanker Kamerun bayrağı altında hərəkət edib və Rusiyanın Primorsk limanından Sinqapura doğru istiqamət alıb. Gəminin hərəkəti “MarineTraffic” platformasının məlumatlarında da əks olunub.
Makron bildirib ki, Fransa bu əməliyyatı Böyük Britaniyanın oxşar addımından bir neçə gün sonra həyata keçirib. London daha əvvəl Rusiyanın “kölgə donanması” ilə əlaqələndirilən “SMYRTOS” gəmisini saxlamışdı.
Fransa liderinin sözlərinə görə, Avropa Rusiyaya təzyiqləri davam etdirəcək və müharibənin iqtisadi yükünü artırmaq niyyətindədir.
“Biz “kölgə donanması”nın sanksiyalardan yayınmasına və Rusiyanın hərbi fəaliyyətini maliyyələşdirməsinə imkan verməyəcəyik. Avropa qətiyyətlidir və Ukraynada davamlı sülhün təmin olunması üçün bütün addımları atacaq”, - deyə Makron vurğulayıb.
Müəllif: Adəm
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi

















.jpg)







.jpg)








