ABŞ
Uçuş zamanı HƏYƏCANLI ANLAR - Pilot qıcolma keçirdi, təyyarə...
ABŞ-da pilotlardan birinin qıcolma keçirməsi səbəbindən təyyarə məcburi eniş edib.
Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Fövqəladə vəziyyət iyunun 24-də "Air Canada" aviaşirkətinin Nyuarkdan Halifaksa (Kanada) uçan reysində baş verib: hava gəmisinin kapitanında epilepsiya tutmasına bənzər bir hadisə baş verib, bundan sonra təyyarə havada qəflətən yana əyilib.
Şahid Rodni Makdonald bildirib ki, digər sərnişinlər və ekipaj üzvləri ilə birlikdə, həmkarı təyyarəni idarə edib enişə apararkən o, pilotu saxlamağa kömək edib.
Şahidin sözlərinə görə, gərgin vəziyyət təxminən 40 dəqiqə davam edib: "Ddəhşətli görünürdü, lakin stüardessalar sakit və dəqiq hərəkət edirdilər. Zərərçəkənə diplomlu tibb bacısı yardım göstərib"
"Bəli, bu həqiqətən dəhşətli idi. Pilot qeyri-adekvat davranırdı, amma aqressiv deyildi, elə bil özündə deyildi və onu sakitləşdirmək lazım idi", - deyə Rodni izah edib.
Layner Bostona yönəldilib və orada uğurla eniş edib, pilot isə xəstəxanaya çatdırılıb. Göyərtədə 61 sərnişin olub. Aviaşirkətdən bildiriblər ki, hazırda alternativ reyslər təşkil edirlər.
Hüseyn İbadlı
-
Hadisə20:12Ağdamda güclü yanğın başladı
-
Dünya19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika14:27İlham Əliyev fərman imzaladı




































