ABŞ
ABŞ-dan Türkiyəyə 700 milyon dollarlıq JEST - "Kaan" qırıcılarına yeni nəfəs verilə bilər
Amerika administrasiyası Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərriklərinin tədarükü ilə bağlı sövdələşməyə başlamaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Konqresə göndərilən bildirişə istinadla məlumat yayıb.
Söhbət "General Electric" şirkəti tərəfindən istehsal olunan və Türkiyədə hazırlanan beşinci nəsil "Kaan" qırıcıları üçün istifadə ediləcək bir neçə onlarla mühərrikin tədarükündən gedir. Bu sövdələşmə iyulun əvvəlində Ankarada keçiriləcək qarşıdakı NATO sammiti kontekstində mühüm addım kimi qiymətləndirilir.
ABŞ Konqresinin razı olmadığı təqdirdə sövdələşməni bloklamaq üçün 15 günü var. Mühərriklərin tədarükü, xüsusən də Türkiyə 2017-ci ildə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini aldığına görə F-35 proqramından çıxarıldıqdan sonra, Ankaraya doğru əhəmiyyətli bir jest olacaq.
"Kaan" qırıcısı Türkiyədə 2017-ci ildən "Milli Döyüş Təyyarəsi" proqramı çərçivəsində hazırlanır. Seriya istehsalına 2028-ci ildə başlanılması gözlənilir. Türkiyə hakimiyyəti əmin edir ki, "Kaan" taktiki-texniki xüsusiyyətlərinə görə F-35-i üstələyəcək və ölkənin Hərbi Hava Qüvvələrinin silahlanmasında olan köhnəlmiş F-16 qırıcılarını əvəz edə biləcək.
Hüseyn İbadlı
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO

















.jpg)







.jpg)








