ABŞ
Benzin satıcıları qiymətləri dərhal aşağı salmasalar... - Trampdan sərt xəbərdarlıq
ABŞ Prezidenti Donald Tramp ölkədə benzin satan şirkətlərdən qiymətləri təcili şəkildə aşağı salmağı tələb edib. Bu addımı atmayanları isə hədələyib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social"da paylaşım edib.
O bildirib ki, neftin bir barelinin qiyməti hazırda 68 dollar təşkil edir və bu şəraitdə benzinin mövcud qiymətləri həddindən artıq yüksəkdir. Trampın fikrincə, ABŞ-da benzinin qiyməti bir qallon (3,785 litr) üçün təxminən 2,50 dollar olmalıdır.
"Benzin satıcıları qiymətləri dərhal aşağı salmalıdırlar. Qiymətlər çox yüksəkdir. Bu bəyanata operativ reaksiya verilməlidir. Bunu etməsələr, böyük problemlərlə üzləşəcəklər", - Tramp qeyd edib.
ABŞ lideri daha öncə ölkədə benzin qiymətlərinin nəzərəçarpacaq dərəcədə ucuzlaşmaması ilə bağlı araşdırma aparılacağını bəyan etmişdi.
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO

















.jpg)







.jpg)








