ABŞ
Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
ABŞ Prezidenti Donald Tramp Antverpen Dünya Almaz Mərkəzindən (AWDC) 321 təbii brilyantdan ibarət qızıl üzük hədiyyə alıb.
Publika.az xəbər verir ki, mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, hədiyyə ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunub.
AWDC sədri İsidor Mersel bildirib:
“Amerika Birləşmiş Ştatları nəsillər boyu bizim ən vacib ticarət tərəfdaşımız olub. Antverpendə satılan təbii almazların əhəmiyyətli bir hissəsi sonda Amerika zərgərləri və istehlakçılarına çatır. Bu üzüklə biz bu güclü iqtisadi münasibətləri qeyd etmək istədik".

Üzüyün qızıldan hazırlandığı və 321 təbii brilyant və 75 digər qiymətli daşla bəzədildiyi deyilir. Hədiyyə ABŞ-ın Belçikadakı səfiri Bill Uayta təqdim edilib.
Mərkəz, istehsalda yalnız təbii almazlardan istifadə edildiyini, təbii və süni almazları çılpaq gözlə ayırd etmək mümkün olmadığı, lakin onların mənşəyi, unikallığı, dəyəri və statusunun keyfiyyətcə fərqli olduğunu xüsusilə vurğulayıb.
Müəllif: Tural
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO

















.jpg)







.jpg)








