ABŞ
28 barmaqla doğulan pişik Ginnesin Rekordlar Kitabına düşdü - FOTO
ABŞ-ın Miçiqan ştatından olan Tobi adlı pişik qeyri-adi pəncələrinə görə rəsmi olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Publika.az UPI-yə istinadla xəbər verir ki, baytarlar onun 28 barmağı olduğunu təsdiqləyiblər.
Adətən pişiklərin 18 barmağı olur, lakin Tobi polidaktiliya adlanan nadir bir xüsusiyyətlə - anadangəlmə əlavə barmaqların olması ilə doğulub. Əvvəlki rekord 2002-ci ildə yenə 28 barmağı olan Ceyk adlı kanadalı pişik tərəfindən qoyulmuşdu.
Tobinin sahibi Delani Henderson onun pəncələrini ilk dəfə görəndə heyrətə gəldiyini bildirib. Xüsusiyyətinə baxmayaraq, pişik tamamilə sağlamdır. Əlavə barmaqlar ona qaçmağa, oynamağa və adi pişik həyatı sürməyə mane olmur.
Delaninin sözlərinə görə, o, heyvanla dərhal xüsusi bir bağ hiss edib və onun öz ailəsinin bir hissəsi olması lazım olduğuna əmin olub.
Hüseyn İbadlı
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO

















.jpg)







.jpg)








