ABŞ
Tramp kriptovalyutadan görün nə qədər qazanıb
ABŞ Hökumət Etikası Ofisinin (OGE) saytında dərc olunmuş 927 səhifəlik maliyyə açıqlama formasına görə, ABŞ prezidenti Donald Tramp 2025-ci ildə kriptovalyutadan təxminən 1,5 milyard dollar qazanıb.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbərinin kripto aktivlərindən əldə etdiyi ümumi gəlir ən azı 1,427 milyard dollar təşkil edərək Trampın əsas gəlir mənbəyinə çevrilib. Onun açıqlama sənədində Ağ Ev ailəsi ilə əlaqəli "World Liberty Financial" şirkətinə token satışından əldə edilən 594 milyon dollar, memkoin strukturu "CIC Digital MMC" vasitəsilə əldə edilən 636 milyon dollar və "Stablecoin Holdco" şirkətindəki payın satışından əldə edilən 197 milyon dollar sadalanır. "CIC Digital MMC" həmçinin rəqəmsal cüzdanlarında ən azı 60 milyon dollar saxlayır.
Qeyd edək ki, Trampın Floridadakı şəxsi klubu və Şimali Virciniyadakı qolf klubu müvafiq olaraq cəmi 77 milyon dollar və 25 milyon dollar gəlir gətirib.
İyunun 9-da "Reuters" agentliyi ABŞ prezidentinin ailəsinin ikinci prezidentlik müddətinin bir il yarımından az müddətində kriptovalyutadan ən azı 2,3 milyard dollar qazandığını bildirib. Bu arada, onun cəlb etdiyi investorlar da eyni məbləği itiriblər.
Hüseyn İbadlı
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO

















.jpg)







.jpg)








