ABŞ
Beşulduzlu hotel, qızılı detallar və dəbdəbə: Tramp yeni təyyarəsini təqdim etdi - FOTO
ABŞ prezidenti Donald Tramp yeni prezident təyyarəsini - yenilənmiş "Air Force One"ı rəsmi şəkildə təqdim edib. 400 milyon dollar dəyərində olan "Boeing 747-8" ilk uçuşunu həyata keçirərək Trampı Vaşinqtondan Şimali Dakotaya aparıb.
Publika.az xəbər verir ki, təyyarə Qətər hökumətinin hədiyyəsi olub və Trampın şəxsi zövqünə uyğun şəkildə tamamilə yenidən dizayn edilib.
Beşulduzlu hoteli xatırladan salon
Yeni "Air Force One"ın interyeri maksimum komfort üçün hazırlanıb. Təyyarədəki iri kreslolar tam uzanaraq çarpayıya çevrilir, masaj funksiyası ilə təchiz olunub. Hər sərnişin üçün ayrıca ekran quraşdırılıb və burada həm kabel televiziyası, həm də Apple TV üzərindən müxtəlif platformalara baxmaq mümkündür.
Yeni layner əvvəlki prezident təyyarəsindən daha böyükdür. Onun uzunluğu 6 metr, qanadlarının açılımı isə 9 metr artıqdır. Təyyarənin gövdəsində istifadə olunan mavi, qırmızı, ağ və qızılı rənglərin seçimini də şəxsən Tramp edib.

Qızılı detallar və jurnalistlərə qadağa
İnteryer açıq pastel tonlarda hazırlanıb. Bej rəngli xalçalar, krem rəngli dəri divanlar və Trampın sevdiyi qızılı örtüklü işıqlandırma elementləri təyyarəyə xüsusi dəbdəbə verir.
Prezident jurnalistlərinə salonun tam görüntülərini çəkməyə icazə verilməyib. Onlara yalnız oturacaqlardakı ad nişanlarını və ilk uçuş zamanı təqdim olunan səhər yeməyini - vetçina və pendirli sendviç, draqonfrutlu salat, eləcə də Tramp imzalı M&M's konfetləri və xüsusi qablaşdırılmış şokoladları lentə almağa icazə verilib.
"Ölkə bu təyyarə ilə fəxr etməlidir. Bu, sadəcə möhtəşəmdir", - deyə Tramp uçuşdan əvvəl jurnalistlərə bildirib.

Qətərin hədiyyəsi Vaşinqtonda mübahisə yaratdı
Qətərin ABŞ prezidentinə belə bahalı təyyarə hədiyyə etməsi Vaşinqtonda ciddi müzakirələrə səbəb olub. Tənqidlərə cavab verən Tramp bildirib ki, təyyarə ABŞ-a çox yaxşı münasibət göstərən bir ölkədən alınıb.
Xaricdə istehsal edildiyi üçün təyyarənin təhlükəsizliyi ilə bağlı da suallar yaranıb. Lakin Ağ Ev administrasiyasının yüksəkvəzifəli nümayəndəsi laynerin xüsusi xidmət orqanları tərəfindən ciddi yoxlamadan keçirildiyini və ən müasir əks-kəşfiyyat, müdafiə və təhlükəsizlik sistemləri ilə təchiz olunduğunu açıqlayıb.
Məlumata görə, yeni "Air Force One" yaxın günlərdə Trampı Raşmor dağı yaxınlığındakı bayram tədbirlərinə aparacaq. Gələn həftə isə prezident NATO sammiti üçün Türkiyəyə, noyabrda isə APEC sammitində iştirak etmək məqsədilə Çinə bu təyyarə ilə səfər etməyi planlaşdırır.
Müəllif: Adəm
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi


















.jpg)







.jpg)








