ABŞ
Tramp Xameneinin dəfn mərasimini izləyir - “Bəlkə də bu, saxta göz yaşlarıdır”
ABŞ Prezidenti Donald Tramp İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimini izləyir.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbəyinə istinadla məlumat yayıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ və İran Xameneinin dəfn mərasimi ilə bağlı tədbirlər başa çatana qədər danışıqlarda bir həftəlik fasilə vermək qərarına gəliblər.
Qeyd olunub ki, bəzi iranlıların dəfn mərasimində ağladığını görən Tramp təəccüblənib. Onun fikrincə, insanlar Xameneiyə nifrət edirdilər.
"Bəlkə də bu, saxta göz yaşlarıdır", - deyə nəşr Trampın sözlərini sitat gətirib.
İyulun 4-dən 6-dək Tehranda ayətulla ilə vida mərasimi keçirilir. İslam Respublikasının qurucusu İmam Xomeyni kompleksi kollektiv dua üçün insanları qəbul edəcək. İyulun 6-da İranın paytaxtında dəfn yürüşü keçiriləcək.
İyulun 7-də Xameneinin cənazəsi Quma çatdırılacaq, iyulun 8-də isə İraqın Kərbəla və Nəcəf şəhərlərində dəfn yürüşü təşkil olunacaq. Növbəti gün cənazə İrana qaytarılacaq və o, doğulduğu Məşhəd şəhərində dəfn ediləcək.
Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub. İranın yeni ali rəhbəri kimi onun oğlu Müctəba seçilib, lakin o, hələ də ictimaiyyət qarşısına çıxmayıb.
Hüseyn İbadlı
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi


















.jpg)







.jpg)








