ABŞ
Putin Trampı təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin Ağ Evin rəhbəri Donald Trampla telefon danışığında onu və bütün Amerika xalqını ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"İki dövlət başçısının bugünkü telefon danışığı Prezident Vladimir Putinin Donald Trampı və bütün Amerika xalqını şəxsən bu əlamətdar bayram münasibətilə təbrik etməsi ilə başladı və o, Rusiyanın Amerika dövlətçiliyinin formalaşmasına verdiyi töhfəni xatırlatdı", - deyə o bildirib.
Onun sözlərinə görə, telefon zəngi iyulun 4-ü, şənbə günü baş tutub.
Həmçinin Putin Trampa təbrik teleqramı göndərib. Rusiya lideri əlavə edib ki, ABŞ-ın İstiqlal Bəyannaməsinin imzalanması Amerika dövlətinin mövcudluğunun başlanğıcını qoyub. Putin qeyd edib ki, Rusiya o zaman şimali amerikalı kolonistləri onların "Britaniya hökmranlığından azad olmaq" istəklərində dəstəkləyib.
Hüseyn İbadlı
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi


















.jpg)







.jpg)








