ABŞ
Sirr açıldı, ABŞ çalxalandı: Məşhur manyak Mərkəzi Kəşfiyyat İdarəsinin adamı olub?
Seriyalı qətllər törətmiş məşhur manyak Çarlz Menson gizli zehni idarəetmə proqramının bir hissəsi olaraq Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etmiş ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. 30 iyun tarixində ABŞ Konqresində keçirilən dinləmədə arxivlərin məxfiliyinin açılması üzrə işçi qrupuna sədrlik edən Anna Paulina Luna proqramla bağlı əvvəllər məlum olmayan materialların aşkarlandığını elan edib.
Dinləmə zamanı o, Mensonun kəşfiyyat agentliklərinin təcrübələrində mümkün iştirakı məsələsini qaldırıb.
Bu fərziyyəni araşdırmaçı jurnalist Tom O'Nil illərlə apardığı araşdırmalara əsaslanaraq kitabında irəli sürüb. O, proqramın direktoru, Mərkəzi Kəşfiyyat İdarəsinin kimyaçısı Sidni Qotlib və psixiatr Luis Vest arasında yazışmaları aşkar edib. Sənədlərdə LSD, hipnoz, yaddaş nəzarəti və davranış nəzarəti vasitəsilə insanlara təsir üsulları müzakirə olunub.
O'Nil təsdiqləyib ki, Vest 1967-ci ildə Menson və onun ətrafındakıların pulsuz müalicə aldığı San-Fransisko klinikasının yaxınlığında işləyirdi. Bu dövrdə Menson narkotik istifadə edən və daha sonra aktrisa Şeron Teyt də daxil olmaqla bir sıra qətllər törədən “Ailə”adlı kultunu yaratmağa başladı.
Luna O'Neildən Mensonun MKİ agenti olub-olmadığına inanıb-inanmadığını soruşub. Jurnalist bildirib ki, təriqətlə layihə arasında birbaşa əlaqəyə dair heç bir dəlil tapılmayıb, lakin hakimiyyət orqanlarının manyakla davranışı şübhəli görünür: Mensona şərti azadlığı pozmağa, məhkəmədən yayınmağa və nəzarət altında fəaliyyətlərini davam etdirməyə icazə verilib.
Menson 2017-ci ilin noyabrında ölüb.
Müəllif: Tural
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















