ABŞ
Tramp Ankaradan MESAJ VERDİ - “Onu ABŞ idarə etməlidir”
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Qrenlandiya ABŞ-ın nəzarəti altında olmalıdır.
Publika.az xəbər verir ki, o, bu bəyanatı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə səsləndirib.
Trampın sözlərinə görə, Qrenlandiya Birləşmiş Ştatlar üçün dünyanın vacib bir hissəsidir.
"Onu Danimarka deyil, ABŞ idarə etməlidir", - deyə o bildirib.
May ayında BBC yazıb ki, son aylarda ABŞ Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək üçün Danimarka ilə gizli danışıqlar aparır. Jurnalistlərin məlumatına görə, Vaşinqton adanın cənubunda üç yeni baza açmaq niyyətindədir. Ağ Ev danışıqları optimist adlandırıb və onların düzgün istiqamətdə irəlilədiyini qeyd edib. Danimarka əlavə bazaların yerləşdirilməsini müzakirə etməyə hazır olduğunu təsdiqləsə də, təfərrüatlardan imtina edib. Planlaşdırılır ki, yeni obyektlər şimali Atlantikada potensial Rusiya və Çin dəniz fəaliyyətinin müşahidəsinə köklənəcək.
Qrenlandiya Danimarka krallığının tərkibinə daxildir, lakin Tramp dəfələrlə adanı ABŞ-a birləşdirmək niyyətində olduğunu bəyan edib. Yanvar ayında o, milli təhlükəsizliyi təmin etmək üçün ərazi üzərində nəzarəti ələ keçirmək planlarından danışmışdı.
Hüseyn İbadlı
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















