ABŞ
Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
“Bu sanksiyaları ləğv edirik. Bunu söyləyə bilərəm”.
Publika.az xəbər verir ki, bunu Beştəpədə yerləşən Prezident Kompleksində Ərdoğanla görüşən ABŞ Prezidenti Donald Tramp CAATSA sanksiyalarının ləğvindən danışarakən deyib.
“Cənab Prezident vaxtını xərcləməsin bu sualı cavablamaqla, mən birbaşa deyirəm; biz dostlarımızın sanksiya altında olmasını istəmirik, bu çox sadədir. Biz dostlarımıza sanksiya tətbiq etmirik”, - Tramp bildirib.
Jurnalistin “F-35” satışı ilə bağlı sualını da cavablandıran Tramp, Türkiyənin etibarlı tərəfdaş olduğunu qeyd edərək bunları deyib:
“Bu, bizim verəcəyimiz bir qərardır. Çox yaxşı münasibətlərimiz var. Sizə bunu deyə bilərəm ki, burada oturan insanlar da daxil, niyə belə etdiyimizi maraqlanırlar. Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. Türkiyə çox uzun zamandan bəri çox sadiq bir müttəfiq olub, bir çoxundan da daha sadiq bir müttəfiq olub. F-35-lər bildiyiniz kimi ən yaxşı təyyarələrdir və bu mövzunu danışacağıq”
Hüseyn İbadlı
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















