ABŞ
Trampın hərbi səlahiyyətləri məhdudlaşdırıla bilər - Səbəb İrandır
ABŞ prezidenti Donald Trampın İranla bağlı siyasəti Respublikaçılar Partiyası daxilində narahatlıq yaradıb. Bu səbəbdən partiya üzvlərinin Trampın ali baş komandan kimi hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasını dəstəkləyə biləcəyi bildirilir.
Publika.az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.
Bildirilib ki, İranda atəşkəsin pozulacağı təqdirdə Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıran təşəbbüs Respublikaçılar arasında daha geniş dəstək qazana bilər.
Nəşr yazıb ki, Respublikaçılar Partiyasının bəzi üzvləri daha əvvəl də İranla bağlı müharibənin dayandırılmasına yönəlmiş qətnamələrin əleyhinə səs veriblər.
Bununla yanaşı, ABŞ Senatında yeni müdafiə büdcəsinin qəbulu ilə bağlı mümkün fikir ayrılıqlarından narahatlıq var. Pentaqon artıq əlavə 67,1 milyard dollar maliyyə ayrılmasını istəyib.
Qeyd edək ki, "War Cost Tracker" portalının hesablamalarına əsasən, Yaxın Şərqdə 108 gün davam edən silahlı qarşıdurma ABŞ vergi ödəyicilərinə 146,3 milyard dollardan çox vəsaitə başa gəlib.
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















