ABŞ
Qətərin hədiyyəsində qüsur: Tramp Ankaradan niyə köhnə təyyarə ilə qayıtdı?
ABŞ prezidenti Donald Trampın NATO Liderlər Zirvəsindən sonra Türkiyədən Böyük Britaniyaya uçarkən təyyarəsini dəyişməsi ilə bağlı yeni iddialar ortaya çıxıb.
Publika.az xəbər verir ki, ABŞ mətbuatının məlumatına görə, Qətərin hədiyyə etdiyi və modernləşdirilən yeni Boeing 747 tipli prezident təyyarəsində əvvəlki "Air Force One"da mövcud olan bəzi vacib təhlükəsizlik sistemləri, o cümlədən raketdən müdafiə avadanlığı quraşdırılmayıb.
Bildirilib ki, modernləşdirmə işlərinin sürətlə aparılması səbəbindən bütün müdafiə sistemlərini təyyarəyə inteqrasiya etmək mümkün olmayıb. Keçmiş amerikalı hərbi rəsmilər də bu iddianı səsləndiriblər.
Xəbərdə qeyd olunub ki, köhnə "Air Force One" təyyarəsinin qanad və quyruq hissəsində yerləşən bəzi müdafiə sistemləri yeni təyyarənin xarici görünüşündə müşahidə edilmir.
Xatırladaq ki, Donald Tramp NATO Zirvəsindən sonra Türkiyədən Böyük Britaniyaya uçarkən yeni "Air Force One" əvəzinə köhnə prezident təyyarəsindən istifadə etmişdi. O isə təyyarəni təhlükəsizlik səbəbindən deyil, yeni təyyarəni Böyük Britaniyadakı ABŞ hərbçilərinə göstərmək məqsədilə dəyişdiyini bildirmişdi.
Akqabay
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















