ABŞ
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
ABŞ Müdafiə Nazirliyi qanadlı raketlər və pilotsuz uçuş aparatlarına (PUA) qarşı istifadə olunacaq yüksək güclü lazer silahı sisteminin hazırlanması üçün “nLIGHT Defense” və “Lockheed Martin Aculight” şirkətləri ilə müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, Pentaqonun məlumatına görə, Birgə Lazer Silah Sistemləri (JLWS) proqramı çərçivəsində ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələri üçün gücü 300–500 kilovat olan lazer silahlarının hazırlanması nəzərdə tutulur. Müqavilələrin ilkin dəyəri 86 milyon, maksimal dəyəri isə 847 milyon ABŞ dollarıdır.
Yeni sistemin ABŞ-ın “Qızıl Günbəz” strateji raketdən müdafiə proqramının taktiki komponentlərindən biri olması planlaşdırılır.
ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, sınaqlar zamanı lazer silahlarının pilotsuz uçuş aparatlarını və qanadlı raketləri effektiv şəkildə zərərsizləşdirdiyi nümayiş etdirilib.
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü


















.png)

.jpg)
















