ABŞ
Trampın "canişini" - Rubio həmin ölkəni Vaşinqtondan idarə edir
ABŞ dövlət katibi Marko Rubio Venesuelanın maliyyəsinə, təbii sərvətlərinin bölüşdürülməsinə və siyasətçilərinin təyinatına nəzarət edir.
Publika.az xəbər verir ki, bunu Rubionu "canişin" adlandıran "New York Times" (NYT) qəzeti iddia edir.
ABŞ Prezidenti Donald Trampın əvvəllər dövlət katibinə Venesuelanın növbəti lideri olmaq perspektivini vəd etdiyini xatırladan jurnalistlər qeyd ediblər ki, Tramp yəqin ki, zarafat etsə də, "Rubionun Karakasa köçməsinə ehtiyac yoxdur, çünki o, artıq Venesuelanı Vaşinqtondan idarə edir".
"ABŞ hərbçilərinin Venesuela Prezidenti Nikolas Maduronun yataq otağının qapısını sındırıb onu gecənin bir aləmi ələ keçirməsindən keçən altı ay ərzində Rubio Venesuelada suveren dövlət üzərində hakimiyyətə malik faktiki canişinə çevrilib", - deyə məqalə müəllifləri Vaşinqton və Karakasdakı hakimiyyətə yaxın onlarla məmur və mənbələrə istinadən yazırlar.
Xüsusilə, onlar dövlət katibinin ölkənin işlərinə gündəlik rejimdə "dərin şəkildə cəlb olunduğunu" və Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigeslə əlaqədə olaraq, onunla ispan dilində mesajlaşdığını aşkarlayıblar.
NYT-nin yazdığına görə, Rubio, həmçinin ABŞ-nin Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalara nəzarət edir və kimin "ölkədə hansı üsulla biznes qura biləcəyinə" dair qərarlar qəbul edir.
Maduro və həyat yoldaşının ölkədən çıxarılmasından bir gün sonra Rubio amerikalıların hərəkətlərini narkotik alverçiləri ilə mübarizə kimi izah edib. O, baş verənləri hüquq-mühafizə orqanlarının əməliyyatı adlandıraraq, bunun nə işğal, nə də istila olmadığını qeyd edib.
Hüseyn İbadlı
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü


















.png)

.jpg)
















