ABŞ
Vaşinqton Tehrandan vacib açıqlama gözləyir
ABŞ rəsmiləri İranın Hörmüz boğazının açılması ilə bağlı yaxın günlərdə vacib açıqlama verəcəyini gözləyir.
Publika.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.
"Onlar İranın yaxın günlərdə boğazın tam açılması barədə ictimai bəyanat yayacağını və İran qüvvələrinin bu akvatoriyada gəmiləri atəşə tutmağı dayandıracağına dair vəd verəcəyini gözləyirlər", - deyə məlumatda qeyd olunur.
Rəsmilərdən birinin sözlərinə görə, hazırda ABŞ və İran daha genişmiqyaslı sülh sazişinin əldə olunmasına yönəlmiş danışıqlar aparır. Digər bir mənbə isə qəzetə Tehranın belə bir sazişin bağlanmasında ciddi maraqlı olduğunu bildirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ona qarşı sui-qəsd cəhdi olarsa, İrana min raket zərbəsi endiriləcək.
"İran hökuməti Yer kürəsinin bir çox guşələrində səsləndirdiyi təhdidi həyata keçirərsə, İslam Respublikasına tuşlanmış minlərlə tam döyüş hazırlığı vəziyyətində olan raket, ardınca da minlərləsi işə düşəcək", - deyə o yazıb.
Hüseyn İbadlı
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü


















.png)

.jpg)
















