ABŞ
İran unikal fürsəti əldən verdi - Trampı NATO sammiti zamanı öldürmək istəyiblər
İranın Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən NATO sammiti zamanı ABŞ prezidenti Donald Trampa sui-qəsd planlaşdırdığı iddia edilir.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, bu cür planlar barədə məlumat İran rabitə kanalları üzrə ələ keçirilmiş danışıqlardan əldə edilib. Bu məlumatlara görə, Tehran Amerika liderinin Türkiyənin paytaxtına səfərini unikal bir fürsət kimi qiymətləndirib.
Materialdan belə məlum olur ki, mümkün sui-qəsd haqqında məlumat prezident təyyarəsinin dəyişdirilməsi qərarına təsir göstərib. Belə ki, Tramp sammiti Qətərin hədiyyə etdiyi yeni laynerlə deyil, köhnə "Air Force One" ilə tərk edib. Ağ ev rəhbəri jurnalistlər onun təyyarəyə qalxmasını trapda lentə almağa macal tapmamış təyyarəyə minib. Telekanalın məlumatına görə, bu, standart protokoldan kənara çıxma kimi qiymətləndirilib.
Bir gün əvvəl "The Wall Street Journal" qəzeti ABŞ-ın İran tərəfindən Trampın həyatına olan təhlükəni uydurma hesab etdiyini yazmışdı. Lakin nəşrin qeyd etdiyi kimi, Yaxın Şərqdə hərbi əməliyyatların bərpası fonunda bu məlumatlar Ağ Ev rəhbərinin təyyarəni dəyişməsi üçün kifayət edib, çünki yeni təyyarə təhlükəsizlik baxımından lazımi səviyyədə təchiz olunmamışdı.
Hüseyn İbadlı
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü


















.png)

.jpg)
















