ABŞ
ABŞ-ın Hörmüz boğazından keçən gəmilərdən nə qədər ödəniş alacağı bilindi
ABŞ Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə görə daşınan bütün yüklərin dəyərinin 20%-i həcmində kompensasiya alacaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
Onun sözlərinə görə, "Hörmüz boğazı açıqdır və açıq qalacaq - İranla və ya İransız".
"Biz İran blokadasını bərpa edirik. İran blokadasını adı ona görə verilib ki, bu, yalnız giriş və ya çıxışına qadağa qoyulacaq İranın və onun müştərilərinin gəmilərinə aiddir. Bütün digər ölkələrin boğaza ədalətli və sərbəst çıxışı olacaq", - Ağ Ev rəhbəri yazıb.
Tramp onu da bəyan edib ki, ABŞ bundan sonra "Hörmüz boğazının Qoruyucusu" adlandırılacaq, ödənişlər isə dünyanın bu "son dərəcə qeyri-sabit regionunun" təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi ilə bağlı xərclərin qarşılanmasına yönəldiləcək.
ABŞ lideri prosesin və müvafiq mexanizmin yaradılmasına dərhal başlanacağını vurğulayıb.
Qeyd edək ki, Tramp bundan öncə “Fox News”a müsahibəsində ABŞ-ın Hörmüz boğazını qoruduğuna görə gəmilərdən pul alacağını əyan etmişdi.
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH















.png)
.jpg)

.jpg)
















