ABŞ
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı kampaniyaya başlayır
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) "Amerikanın suverenliyinə yaratdığı təhdidini" aradan qaldırmaq məqsədilə ona qarşı genişmiqyaslı kampaniyaya başlayır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
"Kampaniya BCM-ni sistemli şəkildə fəaliyyət göstərmək, ABŞ hərbçilərini və vəzifəli şəxslərini hədəf almaq və ya Amerika suverenliyini başqa yolla təhdid etmək imkanından məhrum etməyə yönəlmiş, bütün hökumət çərçivəsində cavab tədbirlərini ehtiva edəcək", – deyə bildirilib.
Qeyd olunub ki, BCM-yə qarşı tədbirlər sırasına məhkəmə əməkdaşlarının Amerika vizalarının ləğvi, onların ABŞ-yə girişinin qadağan edilməsi, həmçinin BCM və onunla əlaqəli təşkilatlara qarşı sanksiyaların genişləndirilməsi daxildir. Bundan əlavə, Vaşinqton digər ölkələri də BCM ilə əməkdaşlıq etməməyə inandırmağa çalışacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən il 6 fevral tarixində təşkilatı Vaşinqtona və İsrail kimi müttəfiqlərinə qarşı qanunsuz hərəkətlərdə təqsirləndirib. Ağ Ev rəhbəri BCM-in vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb.
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
MDB09:19Rusiyadan Markaryana daha bir zərbə
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
































.jpg)



