ABŞ
Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başladığını rəsmən Konqresə bildirib.
Publika.az xəbər verir ki, "The Hill" nəşrinin yaydığı məlumata görə, Tramp Senat və Nümayəndələr Palatasına ünvanladığı məktubda ABŞ-ın iyulun 7-dən etibarən İrana zərbələri bərpa etdiyini qeyd edib.
Prezident bildirib ki, əməliyyatlarda quru qoşunları iştirak etmir və zərbələr mülki itkiləri minimuma endirmək məqsədilə planlaşdırılıb.
ABŞ qanunvericiliyinə əsasən, prezident Konqresi məlumatlandırdıqdan sonra qoşunlar bölgədə 60 gün qala bilər. Bu müddət daha 30 gün uzadıla bilər, daha uzun hərbi iştirak üçün isə Konqresin təsdiqi tələb olunur.
Qeyd edək ki, Tramp bundan əvvəl İrana qarşı dəniz blokadasının bərpa olunduğunu və Hörmüz boğazından keçən yük gəmilərinə rüsum tətbiq etməyi planlaşdırdığını açıqlamışdı. ABŞ lideri həmçinin ötən ay Tehranla əldə olunan atəşkəs çərçivə sazişinin artıq qüvvədə olmadığını bəyan edib.
Akqabay
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
MDB09:19Rusiyadan Markaryana daha bir zərbə
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO































.jpg)



