ABŞ
Melaniya Tramp rus və ukraynalı uşaqları ailələrinə qovuşdurdu
Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Komissar Mariya Lvova-Belova bildirib ki, ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp rusiyalı və ukraynalı uşaqların ailələrinə qovuşmasına kömək edib.
Publika.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə uşaq ombudsmanının illik hesabatında bildirilir .
Ombudsman ailələrin yenidən birləşməsi prosesinin müəyyən edilmiş işçi kanal vasitəsilə həyata keçirildiyini və bu kanal vasitəsilə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Müqəddəs Taxt-tac kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də ABŞ-ın birinci xanımının iştirakı ilə Ukrayna ilə əlaqə saxladığını aydınlaşdırıb.
Lvova-Belova əlavə edib ki, ötən ilin sonuna qədər 21 ailədən 29 uşaq Rusiyadakı yaxınlarının yanına, 104 ailədən 129 uşaq isə Ukraynaya və digər ölkələrə qayıdıb.
2025-ci ilin avqust ayında Rusiya Prezidenti Vladimir Putin Alyaskada ABŞ Prezidenti Donald Trampla görüşərkən Melaniya Tramp əri vasitəsilə Rusiya liderinə ukraynalı uşaqlar məsələsinə həsr olunmuş məktubu təqdim edib.
Kreml bu məktubun alınması ilə bağlı açıqlama verməsə də, 2025-ci ilin oktyabr ayında Melaniya Tramp Putinin onun mesajına cavab verdiyini açıqladı. O, Alyaskada aparılan danışıqlardan sonra səkkiz ukraynalı uşağın ailələri ilə yenidən bir araya gəldiyini bildirdi. O, həmçinin Rusiya lideri ilə birbaşa "ünsiyyət kanalının" mövcudluğunu və Ukrayna münaqişəsində iştirak edən "bütün insanların rifahı naminə" əməkdaşlıq etmək barədə razılaşmanın olduğunu açıqlayıb.
Müəllif: Tural
-
Dünya17:41İranın "intiqam siyahısı" yayımlandı: Onlar ilk sıradadır
-
Rəsmi xronika14:57Prezidentlərdən bir-birinə simvolik hədiyyələr - VİDEO
-
İdman14:42Yaxın Şərqdəki vəziyyət Formula 1-in planını dəyişir: Bakıda iki mərhələ olacaq?
-
Nida Xəbər 14:24Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı - PAYLAŞIM
-
Magazin114:00Zaur Nəbioğluya vəzifə verildi
-
ABŞ13:04Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
-
Rəsmi xronika12:32Prezidentlər Şuşada güllələnmiş büstlərə baxdılar - FOTO
-
Dünya12:02Əliyevin Şuşada AŞPA bəyanatı: Azərbaycanın növbəti addımı nə olacaq?








































