ABŞ
İlon Maskın şirkəti ilə bağlı qalmaqal bitmir
İlon Maskın “xAİ” şirkəti çirkləndirici maddələr emissiyalarına lazımi federal icazələrini almadan Memfis bölgəsindəki “Colossus 2” məlumat mərkəzini enerji ilə təmin etmək üçün təxminən 60 qaz turbini quraşdırıb.
Publika.az “Reuters”ə istinadla xəbər verir ki, agentliyin araşdırmasına əsasən, potensial emissiya həcmləri ABŞ-nin Təmiz Hava haqqında Qanunu (Clean Air Act) çərçivəsində icazə tələb olunan həddi əhəmiyyətli dərəcədə aşır. Turbinlərin əksəriyyəti Missisipi ştatında, Tennessi ilə sərhəd yaxınlığında, əsasən afroamerikalı əhalinin yaşadığı, tənəffüs orqanları xəstəliklərinin yüksək nisbətlərinin qeydə alındığı bölgələrə yaxın ərazilərdə yerləşir.
“NAACP” və “Southern Environmental Law Center” də daxil olmaqla, hüquq müdafiə təşkilatları bundan əvvəl “xAİ”yə qarşı məhkəmə iddiası qaldıraraq, müvafiq icazələr olmadan turbinlərin istismarının federal qanunu pozduğunu və yerli sakinlər üçün sağlamlıq riski yaratdığını iddia etmişdilər.
Missisipi rəsmiləri müvəqqəti mobil turbinlərin icazə tələb etmədiyini iddia edirlər, lakin ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi bundan əvvəl bildirmişdi ki, emissiyalar müəyyən edilmiş standartları aşarsa, hətta müvəqqəti qurğular belə, lisenziyalaşdırma prosedurundan keçməlidir.
Ekspertlərin fikrincə, “xAI” işi sürətlə genişlənən məlumat emalı mərkəzləri və süni intellekt sistemləri üçün yaradılan enerji infrastrukturuna ətraf mühit qanunvericiliyinin tətbiq edilməsi qaydasını müəyyən edəcək presedent ola bilər.
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH












.jpg)




.jpg)

















