ABŞ
Vensdən İran və İsraillə bağlı gözlənilməz etiraflar
ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla bağlı münaqişənin necə yekunlaşacağını dəqiq bilmədiyini etiraf edib.
Publika.az xəbər verir ki, o, bu barədə amerikalı teleaparıcı Co Roqanın proqramında çıxışı zamanı bildirib.
“Bütün bunların hara aparacağını bilmirəm, amma inanıram ki, biz düzgün istiqamətdə irəliləyirik. Sadəcə, bu proses çox çətin olacaq, bir çox fasilələr və yenidən başlanmalar olacaq”, – ABŞ vitse-prezidenti vurğulayıb.
O, İranla bağlı vəziyyətin necə həll olunacağına dair konkret suala cavab verməyib.
Vens proqramda İsraildə İranla münaqişənin uzadılmasında maraqlı olan qüvvələrin mövcud olduğunu da bəyan edib.
"İsrail hökumətinin Amerika siyasətinə nə dərəcədə təsir göstərməsi barədə çoxlu müzakirələr gedir. Şübhəsiz ki, İsrail hökumətində İranla razılaşmanı bəyənməyən insanlar var. Bununla bağlı birbaşa sübutlarımız mövcuddur", - deyə Vens diqqətə çatdırıb.
Onun sözlərinə görə, İsrailin dövlət sistemində ABŞ ictimai rəyinə təsir göstərən və onu "müharibənin sonsuz şəkildə davam etməsinə yönəltməyə çalışan" şəxslər var.
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH












.jpg)




.jpg)

















