ABŞ
"Green card" almaq istəyənlərə pis xəbər - 100 min dollar təminat tələb ediləcək
ABŞ bəzi yaşıl kart (“green card”) müraciətçilərindən təxminən 100 min dollar məbləğində maliyyə təminatı tələb etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət Departamenti bu yeniliyin az sayda ölkənin vətəndaşları üzərində sınaqdan keçirilməsini təklif edir. Ancaq həmin ölkələrin adları açıqlanmayıb.
Təminat məbləği hər bir konkret haldan asılı olaraq dəyişə bilər və müraciətçidən 100 min dollardan daha az və ya daha çox məbləğ tələb oluna bilər. Təminatın məqsədi ABŞ-a köçdükdən sonra özünü maddi cəhətdən təmin edə bilməyən yaşıl kart sahibləri ilə bağlı mümkün xərclər üçün maliyyə zəmanəti yaratmaqdır.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqqott qəzetə açıqlamasında məlumatı dolayı yolla təsdiqləyib. O bildirib ki, Prezident Donald Tramp ABŞ-a köçmək istəyən şəxslərin maliyyə baxımından müstəqil olmalarının vacibliyini vurğulayır.
ABŞ administrasiyasının planına əsasən, digər ölkələrdəki ABŞ konsulluqları vasitəsilə yaşıl kart üçün müraciət edən şəxslər təminat ödəməli olacaqlar. Vəsaitlər isə yalnız ABŞ vətəndaşlığı alındıqdan sonra geri qaytarıla bilər. Qəzet qeyd edib ki, bu proses adətən ən azı 5 il davam edir.
Qeyd edək ki, yaşıl kart (rəsmi adı “United States Permanent Resident Card”) ABŞ vətəndaşı olmayan şəxslərə ölkədə daimi yaşamaq və işləmək hüququ verən sənəddir.
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
MDB09:19Rusiyadan Markaryana daha bir zərbə
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
















.jpg)

.jpg)













.jpg)



