ABŞ
“SpaceX” daha bir “Starship”in sınaq uçuşunu ləğv etdi
ABŞ-ln "SpaceX" cümə axşamına planlaşdırılan "Starship" kosmik gəmisinin prototipi ilə daşıyıcı raketin 13-cü sınaq uçuşunu son anda təxirə salıb.
Publika.az xəbər verir ki, start mühərriklərin işə salınması mərhələsində dayandırılıb.
Daha sonra "SpaceX"in təsisçisi İlon Mask bildirib ki, bəzi mühərriklər işə düşməyib, bu da buraxılışın avtomatik ləğv edilməsinə səbəb olub. Hazırda mütəxəssislər yanacağı boşaldırlar.
Mask növbəti buraxılış cəhdinin "bir neçə gün sonra" baş tutacağına ümid etdiyini bildirib.
İyulun 15-də ticarət sessiyası zamanı "SpaceX"-in səhmlərinin dəyəri ilkin kütləvi yerləşdirmə (İPO) qiymətindən aşağı düşüb.
"SpaceX" İlon Mask tərəfindən 2002-ci ildə yaradılmış Amerika aerokosmik şirkətidir. Şirkət daşıyıcı raketlərin, kosmik gəmilərin və peyklərin işlənib hazırlanması və istehsalı ilə məşğuldur, həmçinin "Starlink" genişzolaqlı peyk internet sisteminin operatorudur. Şirkət mütəmadi olaraq kommersiya və dövlət kosmik buraxılışlarını həyata keçirir, fevral ayında isə Maskın digər şirkəti olan "xAI" ilə birləşdirilib.
Hüseyn İbadlı
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı















.png)



.jpg)







.jpg)









