ABŞ
Tramp xalqa müraciət etdi: ABŞ-ı təhdid edən 4 ölkənin adını açıqladı
ABŞ Prezidenti Donald Tramp xalqa müraciəti zamanı ABŞ seçki sistemindəki şokedici zəiflikləri üzə çıxaran kəşfiyyat məlumatlarının məxfiliyinin ləğv olunduğunu elan edib.
Publika.az xəbər verir ki, Tramp xalqa 16 iyulda Vaşinqton vaxtı ilə 21:00-da (Bakı vaxtı ilə 17 iyul, 05:00-da) müraciət edib.
“Seçki infrastrukturumuzdakı şokedici zəiflikləri aşkar edən vacib kəşfiyyat məlumatlarını dərhal açıqlayacağımı və yayımlayacağımı elan edirəm”, - Tramp deyib.
Tramp ABŞ seçki sisteminə təhdid kimi dörd ölkəni - Rusiya, Çin , Şimali Koreya və İranı qeyd edib.
“ABŞ-ın rəqibləri - ən azı Rusiya, Çin, İran və Şimali Koreya, eləcə də qeyri-dövlət aktorları - ABŞ seçki infrastrukturunu təhlükə altına qoymaq qabiliyyətinə malikdirlər”, - Tramp deyib.
Amerika prezidenti bildirib ki, seçkilərə xarici müdaxilə nəticəsində ölkəyə çox böyük ziyan dəyib.
“Seçki sistemimiz saxtakarlığa və oğurluğa qarşı həssas olduğunu sübut edib”, - ABŞ lideri qeyd edib.
Tramp hesab edir ki, bu vəziyyət davam edə bilməz. O, siyasi baxışlarından asılı olmayaraq, amerikalıları bu məsələni həll etmək üçün birləşməyə çağırıb.
Müəllif: Tural
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı















.png)



.jpg)







.jpg)









